"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)

11 Sentyabr 2026 17:06

"Avroviziya" qalibimiz Nigar Camal özünə doğum günü keçirib.

Milli.Az-ın məlumatına görə, sənətçinin özəl günündə tanınmış simalar da iştirak edib. Gecədə müğənni Röya Ayxanın da görüntülənməsi diqqət çəkib.

Röya Ayxan daha əvvəl ad günü məclisləri ilə bağlı fikirləri ilə gündəmə gəlmişdi. O, "Məni ad günlərinə çağırmayın, gəlməyəcəyəm və sizdən də inciməyəcəyəm" sözlərini demişdi.

Məhz bu açıqlamasından sonra müğənninin Nigar Camalın doğum günündə iştirakı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər Röya Ayxanın bu dəfəki seçimindən danışaraq onun əvvəlki fikirləri ilə indiki görüntüləri arasında fərq olduğunu qeyd ediblər.

Gecədən yayılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə maraq doğurub.

Milli.Az