"İsmail Kartal telefonlarını söndürüb və onunla əlaqə yaratmaq mümkün deyil".
Milli.Az xəbər verir ki, türkiyəli jurnalist Yağız Sabuncuoğlu sosial şəbəkə hesabında belə bir paylaşım edib.
Onun sözlərinə görə, "Fənərbağça"nın bugünkü məşqinə Dirk Kuyt və Zeki Göle rəhbərlik edib. İsmail Kartalın isə klubun təlim-məşq bazasında olmadığı bildirilib.
Qeyd olunub ki, "Fənərbağça" rəsmilərinin gün ərzində İsmail Kartalla görüşməsi gözlənilir.
Xatırladaq ki, təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında "Fənərbağça" ilə "Roma" arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra istefa verdiyini açıqlayıb. Klubun prezidenti Aziz Yıldırım isə İsmail Kartalın istefasına baxmayaraq, onun vəzifəsində qalacağını bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)