Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov

11 Sentyabr 2026 14:57

Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır.

"Əgər ərazidə bizə qarşı yönəlmiş nüvə silahı yerləşdirilərsə, müvafiq olaraq, həmin ölkənin ərazisi də bizim nüvə silahlarımızın nişangahında olacaq", - Peskov əlavə edib.

Qeyd edək ki, cümə axşamı Litva Seymi ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə imkan verən Konstitusiya dəyişikliyinin qəbulunu təklif edib. Düzəlişin gələn ilin əvvəlində qəbul edilməsi planlaşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)