"Golden Boy" mükafatına namizəd futbolçuların siyahısında ilk "100-lük" yenilənib.
Milli.Az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi İlhan Fakılı da siyahıya əlavə olunub. 20 yaşlı hücumameyilli futbolçu 99-cu pillədə qərarlaşıb.
Siyahının ilk sırasında İspaniyanın "Barselona" klubunun futbolçusu Pau Kubarsi qərarlaşıb. Onun komanda yoldaşı Lamin Yamal ikinci, "Mançester Siti"nin futbolçusu Ayub Buaddi isə üçüncü pillədə yer alıb.
Qeyd edək ki, oktyabr ayında siyahı 20 futbolçuya qədər azaldılacaq. Daha sonra beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti 2026-cı ilin "Golden Boy" mükafatının qalibini müəyyənləşdirəcək./AZƏRTAC