Xames Rodrigesin yeni klubu bəlli oldu

11 Sentyabr 2026 13:00

Kolumbiyanın "Atletiko Nasional" klubu yarımüdafiəçi Xames Rodrigesi transfer etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Kolumbiya təmsilçisinin mətbuat xidmətinin məlumatında transferin detalları açıqlanmayıb.

Onu da bildirək ki, Xames Rodriges bundan öncə ABŞ-də "Minnesota" komandasının formasını geyinib. Futbolçu bu il 6 matçda meydanda olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)