"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında "Budyo-Qlimt" komandası ilə matçda (5:0) fərqlənməklə nadir rekordu təkrarlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu turnirdə ardıcıl 8-ci matçda qol vurmağı bacarıb.
Daha öncə bu göstəriciyə Kriştianu Ronaldu, Robert Levandovski və Rud van Nistelroy nail olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)