Qızıl almaq istəyənlərin diqqətinə

11 Sentyabr 2026 12:22

Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb.

Milli.Az xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb.

Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)