Sonaxanım polisə müraciət etdi

11 Sentyabr 2026 11:25

Aktrisa Sonaxanım Əliyeva adından dələduzluq olunduğunu bildirib.

Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabından paylaşım edərək bu barədə danışıb:

"Nömrə mənim deyil, foto isə mənimdir. Vatsapda yaxınlarıma yazıb, kart göndərərək pul istəyirlər. Buna inanmayın. Mən heç kimdən borc pul istəyən olmamışam. Mən deyiləm, pul istəmirəm. Polisə məsələ ilə bağlı müraciət etmişəm".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)