30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi

11 Sentyabr 2026 11:15

Sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq.

Milli.Az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Eşqi Bağırov müəllimlərin peşəkar inkişafı istiqamətində həyata keçirilən sertifikatlaşdırma prosesindən danışıb.

O qeyd edib ki, bu il sertifikatlaşdırma prosesinin ilk mərhələsi başa çatıb.

"Bütün fənn müəllimləri bu prosesdə ən azı bir dəfə iştirak edib və onların sayı təxminən 105 minə çatır", - deyə Eşqi Bağırov bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)