Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı

11 Sentyabr 2026 11:18

"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında iştirak etdiyi mövsümlərin sayına görə Almaniya futbolçuları arasında yeni rekord müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, təcrübəli qapıçı bu uğura UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda "Bavariya" ilə "Bude-Qlimt" arasında keçirilən qarşılaşmada nail olub. Münxen klubu görüşdə rəqibini 5:0 hesabı ilə məğlub edib.

40 yaşlı Manuel Noyer həmin matçda meydana çıxmaqla karyerasında Çempionlar Liqasının 18-ci mövsümünə start verib.

Bununla da qapıçı daha əvvəl 17 mövsümlə rekordun sahibi olan Tomas Mülleri geridə qoyub.

Beləliklə, Manuel Noyer Çempionlar Liqasında ən çox mövsüm keçirən Almaniya futbolçusu kimi tarixə düşüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)