Bakıda avtobus dayanacağında infarkt keçirən şəxsin həyatını həkimin vaxtında müdaxiləsi xilas edib.
Milli.Az xəbər verir ki, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən avtobus dayanacağında baş verib.
Məlumata görə, avtobus gözləyən kişinin vəziyyəti qəfil pisləşib və o, yerə yıxılıb.
Bu zaman ərazidən keçən həkim Nicat Cahangirli hadisəyə müdaxilə edib. O, kişiyə ilkin tibbi yardım göstərərək ürək masajı edib.
İlkin məlumata əsasən, həkimin vaxtında göstərdiyi tibbi yardım nəticəsində kişinin həyatını xilas etmək mümkün olub.
Hadisə anlarını əks etdirən görüntüləri təqdim edirik:
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)