“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu

11 Sentyabr 2026 11:10

Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, 81 yaşlı aktrisanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Gülsen Tuncer "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə geniş tanınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)