Sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 136-sı borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər də saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)