Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir

11 Sentyabr 2026 06:06

Qabyuyan maşından çıxan stəkanların zamanla matlaşması və üzərində ağ ləkələrin yaranması tez-tez rastlaşılan problemlərdəndir. Lakin düzgün üsulla bu izlərdən qurtulmaq mümkündür. Mütəxəssislər xüsusilə sərt su səbəbindən yaranan qalıntılarda sirkənin təsirli ola biləcəyinə diqqət çəkirlər.

Milli.Az xəbər verir ki, qabyuyan maşından çıxan stəkanların ilk günkü parlaqlığını itirməsi bir çox insanın qarşılaşdığı problemlərin başında gəlir. Xüsusilə ağımtıl təbəqə və mat görünüş stəkanların çirkli olduğu təəssüratını yarada bilər. Lakin bu görüntünün səbəbi həmişə çirk deyil. Sərt sudakı mineral qalıntılar şüşənin səthində plyonka təbəqəsi yarada bilər. Belə hallarda mətbəxdə olan sirkə praktiki həll yolu kimi önə çıxır.

Sirkəyə soda əlavə etmək doğrudurmu?
İnternətdə tez-tez tövsiyə olunan üsullardan biri sirkəyə soda əlavə etməkdir. Lakin mütəxəssislərə görə, bu iki maddənin birlikdə istifadəsi zənn edildiyi kimi daha güclü təmizləyici yaratmır.

"University of Georgia"da daxili mühit mütəxəssisi kimi fəaliyyət göstərən Dr. Pamela Törner sirkə ilə sodanın bir araya gəldikdə turşu-baza reaksiyasına girdiyini və yaranan qarışığın təmizləmə gücünün məhdud qaldığını bildirir. Buna görə də iki məhsulun istifadə məqsədinə görə ayrı-ayrılıqda qiymətləndirilməsi tövsiyə olunur.

Matlaşmanın səbəbi əhəngdirsə, sirkə kömək edə bilər
Stəkanlarda yaranan ağ təbəqənin sərt sudan qaynaqlanan mineral çöküntüsü olması halında sirkədən istifadə oluna bilər. Sirkənin tərkibindəki sirkə turşusu (asetik turşu) mineral qalıntılarının əriməsinə kömək edir. Təmizlik mütəxəssisləri stəkanların qısamüddətli ağ sirkəyə qoyulmasını, ardından yaxşıca durulanıb qurutulmasını məsləhət görürlər.

Stəkandakı matlıq şüşənin kimyəvi olaraq aşınmasından qaynaqlanırsa, sirkə əvvəlki parlaqlığı geri gətirməyə bilər.

Elmi araşdırma nə deyir?
2005-ci ildə "Glass Science and Technology" jurnalında dərc olunan araşdırmada qabyuyan maşında yuyulan stəkanlarda zamanla yaranan səth zədələri araşdırılıb. Tədqiqatda su və yuyucu vasitənin şüşə səthində aşındırıcı təsir yarada biləcəyi və bunun qalıcı bulanıqlığa səbəb ola biləcəyi müəyyən edilib.

Buna görə də sirkə mineral mənşəli ləkələrdə kömək edə bilsə də, aşınmış şüşəni yenidən kristal təmizliyinə qaytarması gözlənilməməlidir.

Sirkəni tək başına istifadə edərək stəkanı qısa müddət gözlədin, ardından bol su ilə durulayıb yumşaq bir parçayla qurutun. Sodanı sirkə ilə eyni qabda qarışdırmaq əvəzinə, lazim gəldikdə ayrı bir təmizlik addımı olaraq istifadə etmək daha doğru olacaqdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)