Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)

11 Sentyabr 2026 01:01

Avtomobil təxminən 38 faiz azalıb. Bu ilin yanvar-iyul aylarında çlküyü ümumi dəyəri 660 milyon 17 min 900 dollar olan 36 min 169 minik avtomobili gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 37,7, ümumi dəyəri isə 37,8 faiz aşağı düşüb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ekspertlərin fikrincə, geriləmənin əsas səbəblərindən biri ilin əvvəlindən avtomobil bazarında vergi yükünün dəyişməsidir. Hibrid və elektrik avtomobilləri ilə bağlı güzəştlərin başa çatması bu nəqliyyat vasitələrinin idxal xərcini yüksəldib. Daha əvvəl güzəşt hesabına üstünlük qazanan bəzi modellərin son satış qiymətində də artım yaranıb.

Mütəxəssis başqa bir səbəb kimi əvvəlki dövrdə bazara tələbatdan artıq avtomobil çıxarılmasını göstərir.

Daha ətraflı videomaterialı təqdim edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)