Brent neftinin qiyməti 108 dolları ötüb

10 Sentyabr 2026 23:28

Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti Londonun ICE birjasında 2026-cı il mayın 21-dən bəri ilk dəfə 108 ABŞ dollarını ötüb.

Milli.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:10-da Brent markalı neftin qiyməti 6,78% artaraq bir barel üçün 108,07 dollara yüksəlib.

Saat 22:15-də Brent neftinin qiymətində artım sürətlənib. Belə ki, fyuçerslərin qiyməti 6,89% yüksələrək bir barel üçün 108,18 dollara çatıb.

Eyni zamanda, WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 7,13% artaraq bir barel üçün 102,9 dollar təşkil edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)