"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramovun faciədən öncə çəkilən son fotosu yayılıb.
Milli.Az xəbər verir ki, Coşqun, Ucal, Şəbnəm və Coşqunun nişanlısı Nazlının zipline-in birinci mərhələsinə hazırlıq ərəfəsində çəkdikləri foto sosial şəbəkələrdə yayılıb.
Ucal Asif oğlu Bayramov faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş.
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)