"Barselona"nın idman direktoru Deko yayda komandaya qoşula biləcək ulduz futbolçudan danışıb.
Milli.Az xəbər verir ki, o, Bernardo Silvanın transferi barədə açıqlamalar verib. Deko portuqaliyalı yarımmüdafiəçini öz rolunda dünyanın ən yaxşılarından biri hesab etdiyini etiraf edib.
Dekonun sözlərinə görə, oyunçunun özü də "Barsa"da oynamaq istəyirdi, lakin transfer maliyyə məhdudiyyətləri və komandanın həmin an axtardığı mövqe uyğun gəlmədiyi üçün baş tutmayıb:
"Bu, maliyyə və oyun vaxtı məsələsi idi. O, oynamaq istəyirdi, amma mən öz oyunçularımıza üstünlük verirəm." (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)