Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama

10 Sentyabr 2026 20:04

Xalq artisti Zaur Rzayevin səhhəti stabildir.

Milli.Az bildirir ki, bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

"Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü pasiyentin (kişi) vəziyyəti stabil qiymətləndirilir",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Z. Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)