İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı

10 Sentyabr 2026 17:28

İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə bununla bağlı daxil olan məlumat dərhal araşdırılıb.

Araşdırma zamanı toy mərasiminin oktyabr-noyabr aylarında keçirilməsinin planlaşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində məclisin keçirilməsinin qarşısı alınıb.

Tərəflərin valideynləri İmişli Rayon Polis Şöbəsinə dəvət olunublar. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)