Rusiya Vyetnama yerli aviaşirkətlərə məxsus təyyarələrin ekipaj və texniki xidmətlə birlikdə Rusiya aviaşirkətlərinə "yaş icarə" (Wet Lease) əsasında verilməsini təklif edib.
Milli.Az xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin açıqlayıb.
Nazirin sözlərinə görə, bununla bağlı təkliflər artıq Vyetnam tərəfinə təqdim olunub və hazırda nəzərdən keçirilir.
Andrey Nikitin bildirib ki, Rusiya ilə Vyetnam arasında hava əlaqələrinin həcmi 2025-ci illə müqayisədə təxminən üç dəfə artıb. Onun sözlərinə görə, Vyetnam aviaşirkətlərinin təyyarələrindən istifadə Rusiya aviaşirkətlərinə əməkdaşlığı genişləndirməyə və iki ölkə arasında uçuşların sayını artırmağa imkan verə bilər.
Qeyd edək ki, "yaş icarə" zamanı təyyarə ekipaj, texniki xidmət və sığorta ilə birlikdə digər aviaşirkətə icarəyə verilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)