Rusiya müharibənin 1660-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 232 319 PUA-sı, 672 zenit-raket kompleksi, 30 879 tank və digər zirehli texnikası, 1 777 reaktiv yaylım atəş sistemi, 36 415 artilleriya və minaatanı, 71 521 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)