Azərbaycan II liqasında mübarizə "Difai" klubunun futbolçusu hakimləri təhqir etdiyi üçün cəzalandırılıb.
Milli..Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bildirilib ki, II Liqada II turun "Marafon" - "Difai" oyununda qırmızı vərəqə alan Emil Binyətzadə dördoyunluq cəza alıb. Buna səbəb Emil Binyətzadənin qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi olub. Bundan əlavə, "Difai" klubu da 1000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, hadisə sentyabrın 8-də keçirilən "Marafon" - "Difai" qarşılaşmasının 90+4-cü dəqiqəsində baş verib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)