Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)

10 Sentyabr 2026 16:38

Çində yük gəmisində yanğın baş verib.

Milli.Az xəbər verir ki, gəminin Liberiya bayrağı altında üzən "Ocean Melody" olduğu müəyyən edilib.

Göyərtədə 42 nəfər olub, onlardan 12-si təxliyə edilib. Baş verən yanğında azı 20 nəfər ölüb.

Çin sədri Si Cinpin təcili olaraq xilasetmə əməliyyatının keçirilməsi və itkin düşənlərin axtarışının təşkil edilməsi barədə göstəriş verib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)