Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi

10 Sentyabr 2026 15:35

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" Əlcəzair dövlət televiziyasına istinadən məlumat yayıb.

Əlcəzair XİN ikitərəfli əlaqələri qorumaq üçün bütün vasitələrin tükənməsindən sonra bu addımın atıldığını bildirir.

İki ölkə arasında bir neçə ildir ki, diplomatik böhran yaranıb və geosiyasi gərginliklər fonunda münasibətlərdə fasilələr yaranıb. Əlcəzair bundan əvvəl Əbu-Dabini daxili işlərinə müdaxilə etməkdə və Əlcəzairin milli birliyini pozmağa cəhd etməkdə ittiham etmişdi.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)