Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyada keçidlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sürücülərə müraciət edib.
Milli.Az xəbər verir ki, NİİM-dən bildirilib ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən yol nişanlarına diqqət yetirməli, sürəti əvvəlcədən azaltmalı və qəfil əyləcləmədən çəkinməlidirlər.
Bununla yanaşı, avtomobillər arasında təhlükəsiz məsafənin saxlanılmasının da vacib olduğu vurğulanıb.
Mərkəz qeyd edib ki, yol hərəkəti qaydalarına laqeyd yanaşılması ciddi qəzalara və insan həyatı üçün təhlükəli vəziyyətlərə səbəb ola bilər.
"Qəzaların baş verməməsi həm də sizdən asılıdır", - deyə NİİM-dən bildirilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)