Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)

10 Sentyabr 2026 14:45

Bakıda tıxacda qalan taksi sürücüsünün etdiyi maraqlı hərəkət diqqət çəkib.

Milli.Az xəbər verir ki, sürücü sükan arxasında əyləşərək yoldan keçən insanların başının üzərində üzərlik çevirib. Taksi sürücüsünün bu addımı ətrafdakıların marağına səbəb olub.

Hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra izləyicilər arasında gülüş və müzakirələrə səbəb olub.

Görüntülərdə sürücünün yoldan keçənlərə üzərlik çevirdiyi əks olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)