3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)

10 Sentyabr 2026 14:15

Türkiyənin Aydın vilayətində üç gün üç gecə davam edən toy mərasimi gözlənilməz hadisə ilə gündəmə gəlib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Özbəkistan əsilli Mamura Burkhanova toy mərasimində ona hədiyyə edilən qızıl və zinət əşyalarını götürdükdən sonra yoxa çıxıb.

Məlumata əsasən, itkin düşən qızıl və zinət əşyalarının ümumi dəyərinin təxminən 4 milyon türk lirəsi olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparıldığı qeyd olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)