Paşinyan məhkəməyə verildi

10 Sentyabr 2026 16:02

"Güclü Ermənistan" müxalifət partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat məhkəmə informasiya sisteminin rəsmi saytında dərc olunub.

Mənbə qeyd edir ki, o, mayın 29-da səsləndirilən təhqirə görə baş nazirin ictimai şəkildə üzr istəməsini və 3 milyon dram (təxminən 8 min dollar) məbləğində kompensasiya ödəməsini tələb edir.

İddia ərizəsi sentyabrın 9-da məhkəməyə daxil olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)