Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı

10 Sentyabr 2026 12:59

II Liqada çıxış edən "Difai"nin futbolçusu Emil Binyətzadə 4 oyunluq cəza alıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu II turda, "Marafon"la matçın 90+4-cü dəqiqəsində qeyri-etik ifadə və hərəkətə yol verdiyi üçün qırmzıı vərəqə alıb. O, daha sonra hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəza ilə üzləşib. "Difai"yə isə 1000 manat cərimə kəsilib.

Bundan əlavə, onun komanda yoldaşı Fəzail Şirxanzadə 83-cü dəqiqədə ikinci sarı vərəqəni aldığı üçün meydandan qovulub və 1 matç cəza alıb. Klub isə 50 manat ödəməli olacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)