Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək.
Milli.Az xəbər verir ki, 27 yaşlı futbolçu "Bukovina" klubuna transfer olunub.
Ukrayna təmsilçisi Dadaşovun keçidini rəsmən açıqlayıb. Tərəflər arasında "1+1" illik müqavilə imzalanıb. Azərbaycan millisinin üzvü yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.
Renat Dadaşov daha əvvəl Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra" və "Tondela", İsveçrənin "Qrasşhopper", İngiltərənin "Vulverhempton", Türkiyənin "Hatayspor" və "Ankaragücü" klublarında oynayıb.
Hücumçu 2025/2026 mövsümünü Polşanın "Motor" klubunda keçirib.
Almaniyanın U-16 və U-17 yığmalarında da çıxış edən Dadaşov 2017-ci ildən Azərbaycan millisinin formasını geyinir. O, milli komandada keçirdiyi 45 matçda 7 dəfə fərqlənib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)