Türkiyənin Öztepə şəhərində yerləşən Prof. Dr. Süleyman Yalçın Şehir Hastanesi ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, əməliyyat zamanı çəkildiyi bildirilən videoda xəstə əməliyyat masasında olduğu halda, siçanın steril olması tələb olunan əməliyyatxananın içərisində döşəmə ilə hərəkət etdiyi görünür.
Görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri xəstəxanada gigiyena və sterilizasiya qaydalarına əməl olunması ilə bağlı narazılıqlarını bildiriblər.
Hadisə ilə bağlı xəstəxana rəhbərliyinin açıqlaması maraqla gözlənilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)