Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasının ardından yığmanın yeni kapitanı müəyyənləşib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "TyC Sports"un məlumatına əsasən, bundan sonra "Tanqoçular"a İspaniyanın "Atletiko" (Madrid) klubunun müdafiəçisi Kristian Romero rəhbərlik edəcək.
Qeyd edək ki, Lionel Messi avqustun 31-də Argentina millisində çıxışını dayandırdığını açıqlayıb.
Kristian Romero 2022-ci ildə dünya çempionu titulunu qazanıb, 2026-cı il mundialında isə gümüş medal əldə edib. Müdafiəçi həmçinin iki dəfə Amerika Kubokunun qalibi olub.
Karyerası ərzində Kristian Romero Argentina təmsilçisi "Belqrano", İtaliya klubları "Cenoa", "Yuventus" və "Atalanta", eləcə də İngiltərənin "Tottenhem" komandasında forma geyinib. O, "Tottenhem"lə 2024/2025 mövsümündə Avropa Liqasının qalibi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)