ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının qarşıdakı aralıq seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qoruyacağı təqdirdə ölkənin yetkin vətəndaşlarına 5 min dollar ödəniləcəyini vəd edib.
Milli.Az xəbər verir ki, Tramp bu barədə sentyabrın 9-da Dallasda Respublikaçılar Partiyasının noyabr seçkiləri ərəfəsində keçirilən milli qurultayında çıxışı zamanı danışıb.
O bildirib ki, respublikaçılar Nümayəndələr Palatası və Senatda qalib gəlsələr, ABŞ vətəndaşlarına iqtisadi göstəricilər hesabına xüsusi ödəniş ediləcək.
"Mən sizə bunu vəd edirəm: əgər respublikaçılar Nümayəndələr Palatasında və ABŞ Senatında - hər iki palatada qalib gəlsələr, iqtisadi uğurlarımız sayəsində ABŞ-ın hər bir yetkin vətəndaşına 5 min dollar dividend ödəyəcəyəm", - deyə Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, vətəndaşlara veriləcək vəsait yalnız ölkə daxilində xərclənə biləcək. O, bu ödənişi "Tramp dividendi" adlandırıb.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü, həmçinin Nümayəndələr Palatasının bütün 435 üzvü seçiləcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)