Yamal Mbappenin rekordunu təzələdi

10 Sentyabr 2026 11:00

"Barselona"nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqası tarixində ən çox qol töhfəsi verən yeniyetmə oyunçu olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı vinger "Feyenoord"la qarşılaşmada üç məhsuldar epizodla yadda qalıb. O, əvvəlcə Rafinya Diasın qolu üçün assist edib, daha sonra özü rəqib qapısına yol tapıb. Lamin Yamal matçın 85-ci dəqiqəsində isə Qabriel Jezusun fərqlənməsinə şərait yaradıb.

Beləliklə, İspaniya millisinin üzvünün Çempionlar Liqasındakı statistikasında 12 qol və 11 məhsuldar ötürmə yer alıb.

23-cü qol töhfəsini rəsmiləşdirən Lamin Yamal 19 yaşadək futbolçular arasında Kilian Mbappenin 20 xal təşkil edən "qol+pas" rekordunu da geridə qoyub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)