"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)

10 Sentyabr 2026 09:50

"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qarşılaşmasına sentyabrın 10-da çıxacaq.

Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirdəki ilk matçında İngiltərənin "Mançester Yunayted" komandası ilə üz-üzə gələcək.

Tarixi görüşə az müddət qalmış klub sosial media hesablarında Mançester şəhərindən görüntülərin yer aldığı paylaşım yayımlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)