Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək

10 Sentyabr 2026 09:49

Milli Məclisin 2026-cı il payız sessiyası çərçivəsində keçiriləcək ilk komitə iclaslarının vaxtı açıqlanıb.

Milli.Az xəbər verir ki, sentyabrın 11-də iki komitənin iclası keçiriləcək.

İlk olaraq Elm və təhsil komitəsi, daha sonra isə Ailə, qadın və uşaq məsələləri komitəsi iclasa toplaşacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)