“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş ulduzunun oğlu evləndi - (Foto)

10 Sentyabr 2026 10:00

"Fenerbahçe" və "Beşiktaş"ın sabiq futbolçusu Mert Nobrenin oğlu Nikolas Nobre evlənib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nikolas Nobre uzun müddətdir sevgilisi olan Sarahla İtaliyanın Pisa şəhərində təşkil olunan mərasimdə nikah masasına əyləşib.

Toy mərasimində Mert Nobre və həyat yoldaşı Priskila da iştirak ediblər. Ailə üzvləri xoş gündən fotoları sosial media hesablarında paylaşıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)