Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)

10 Sentyabr 2026 09:46

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, işğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.

Bu barədə Milli.Az-a ANAMA-dan məlumat verilib. 

Qeyd olunur ki, agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

_____________

Xocalı rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində minatəmizləmə işləri apararkən baş verib.

Hadisə nəticəsində xəsarət alan ANAMA əməkdaşı Anar Həsənov Xankəndi şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)