Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb

10 Sentyabr 2026 09:06

Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Bu mərhələdə Şükürbəyli kəndinə 20 ailə (154 nəfər) köçürülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)