“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)

9 Sentyabr 2026 23:38

İstirahətə gedən 2 gənc bədbəxt hadisə nəticəsində həyatını itirib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ötən gün "Şəki yaylası"nda Coşqun Məmmədov və Ucal Bayramovun faciəvi şəkildə həlak olması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Hadisədə həlak olan Ucal Bayramovun ötən il sentyabr 7-də ailə həyatı qurduğu, dünən "Şəki yaylası"na evliliyinin 1-ci ildönümünü qeyd etmək üçün getdiyi bildirilib. Ucal Bayramov onunla birlikdə həlak olan Coşqun Məmmədovla dost imişlər.

Obyektin əməkdaşları bildiriblər ki, əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olub və təhlükəsizlik yoxlamasından keçib.

Obyekt əməkdaşının sözlərinə görə, qurğular mütəmadi olaraq yoxlamalardan keçirilib.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)