Serhat Kılıçın rolu ona verildi - (Foto)

10 Sentyabr 2026 00:12

Türkiyəli aktyor Savaş Özdemirin yeni layihəsi bəlli olub.

Milli.Az xəbər verir ki, aktyor "Teşkilat" serialına çəkiləcək. O, layihədə "Yadigar" obrazını canlandıracaq.

Qeyd edək ki, daha əvvəl bu obraz bir neçə gün əvvəl dünyasını dəyişən Serhat Kılıça həvalə olunmuşdu. O, səhhətinə yaranan problemə görə çəkilişlərdə iştirak etməmiş və daha sonra evində ölü tapılmışdı.

Xatırladaq ki, serialda baş rolları Tolqa Sarıtaş, Yunus Emre Yıldırımer, Buçe Buse Kahraman, Serdar Yeğin, Melisa Akman və Murat Han paylaşır. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)