Mehriban Xanlarovadan Elgizə cavab

9 Sentyabr 2026 23:32

Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan küsdüyünü bildirib. Aparıcı qeyd edib ki, buna səbəb anasının dünyasını dəyişdiyi vaxt aktrisanın ona başsağlığı verməməsi olub.

Milli.Az-ın məlumatına görə, Mehriban Xanlarova Elgizin sözlərinə cavab verib. Aktrisa deyib ki, aparıcının anasının vəfatından xəbərsiz olub.

"Özünə görə haqqı var. Amma ətrafındakılar zəng edib deyərdi. Heç paltarımı dəyişmədən, ev geyimində qaçıb gedərdim. Elə şeylərə fikir verən insanam. Allah bütün analara rəhmət eləsin. İnanın, bilməmişəm. Elə şey olar ki, bilim və getməyim? Nə olub ki? Tonlarla çörək kəsmişik, çiyin-çiyinə işləmişik. Bu gün bilmişəm ki, Elgizin anası dünyasını dəyişib". (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)