"Televiziya verilişlərinə çağırırlar, getmirəm. Mən nə lazımdırsa, demişəm. İndi ona görə də təkrar demək istəmirəm. Mən musiqiyə aid fikirlərimi 30 ildir ki, deyirəm. Nə olsun?! Hər kəs öz kefindədir".
Milli.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.
O, bildirib ki, bədii şura yaradılmalıdır:
"Musiqimiz can üstündədir. Kim necə istəyirsə, elə də ifa edir. Bədii şura bu müğənniləri qiymətləndirib, sonra efirə buraxmalıdır. Efir toyxana deyil. Ağızlarına gələni oxuyurlar. Bu nədir?
Müğənni deyib ki, "Kanal-S"in rəsmi işçisidir:
"Mən efirə çıxıram, sözümü deyib, 5-6 ay gizlənirəm. O vaxt bədii şura Canəli Əkbərovu, Səməd Səmədovu, Ağaxan Abdullayevi efirə buraxmırdı. Efirdə Şövkət Ələkbərova, Gülağa Məmmədov, Nərminə Məmmədova, Tükəzban İsmayılova, Sara Qədimova, Hüseynağa Hadıyev, Oktay Ağayev, Flora Kərimova, Elmira Rəhimova, Akif İslamzadə və mən var idim. İndi isə efirə çıxan müğənnilər insanları söyür, təhqir edirlər. Belə şey olar?"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)