Zubir “Qarabağ”a qayıdır? – Rəsmi

9 Sentyabr 2026 18:44

Hazırda Zubirlə bağlı bizdə hər hansı yeni məlumat yoxdur.

Milli.Az Offsideplus.az-a istinadla xəbər verir ki, bu barədə klubun Media və Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev təcrübəli futbolçunun "kəhər atlar"a qayıtmaq ehtimalı ilə bağlı danışarkən deyib.

"Bizdən ayrılıb və hazırda azad agent statusundadır. İstənilən kluba keçmək variantı olan futbolçudur", - o əlavə edib.

Qeyd edək ki, "Qarabağ"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubu ilə anlaşan, lakin komandanın maliyyə problemləri səbəbindən liqada qeydiyyatdan keçə bilməyən fransalı yarımmüdafiəçi hazırda yeni klub axtarışındadır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)