1940-cı ildə ilk dəfə səhnəyə qoyulan, Azərbaycanın ilk milli baleti hesab olunan Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri "PAŞA Bank"ın dəstəyi ilə yenidən səhnədə canlandırılacaq.
"PAŞA Bank" və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçiriləcək layihənin məqsədi əsərin tarixi və bədii ruhunu qoruyaraq onu müasir səhnədə yeni tamaşaçı nəsli ilə görüşdürməkdir.
Milli musiqi və rəqs ənənələrimizi klassik balet sənəti ilə birləşdirən "Qız qalası" Azərbaycan mədəni irsinin dəyərli nümunələrindən biridir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)