Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)

9 Sentyabr 2026 16:50

İstanbulda ağır cinayət ittihamları üzrə axtarışda olan qadın gözlənilməz şəkildə saxlanılıb.

Milli.Az xəbər verir ki, 215 cinayət işi üzrə qeydiyyatda olan Gülüstan Kurt canlı yayım zamanı polis tərəfindən tutulub.

Bildirilir ki, Gülüstan Kurt barəsində ümumilikdə 64 il həbs cəzası ilə bağlı axtarış qərarı olub.

Qadının canlı yayım apardığı vaxt polis əməkdaşları tərəfindən saxlanılması sosial şəbəkələrdə də diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)