Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var

9 Sentyabr 2026 17:10

Suriyanın İdlib əyalətinin Sarmada şəhəri yaxınlığında silah-sursat anbarında partlayış baş verib.

Milli.Az xəbər verir ki, bu barədə "Əl-İxbariyyə" məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Partlayışın səbəbləri araşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)