Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)

9 Sentyabr 2026 16:22

Türkiyənin məşhur müğənnisi Seda Sayan Kuşadasında baş tutan konserti zamanı həyat yoldaşı Çağlar Öktenlə birlikdə səhnəyə çıxıb.

Milli.Az xəbər verir ki, cütlüyün səhnədə yaşadığı səmimi və romantik anlar tamaşaçıların diqqətini çəkib. Çağlar Ökten həyat yoldaşına ünvanladığı sevgi dolu sözlərlə də diqqət çəkib.

"O qədər gözəlsən ki, Ay kimi işığınla bizi aydınlığa qovuşdurursan. Səninlə qürur duyuram", - deyə Çağlar Ökten Seda Sayana müraciət edib.

Cütlüyün bu görüntüləri sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)