Tanınmış videograf Rəvan İsmayılın xalası qızı Nəzrin gəlin köçüb.
Milli.Az xəbər verir ki, toy mərasimində duyğulu anlar yaşanıb. İllər əvvəl hər iki valideynini itirən Nəzrini nənə və babası xeyir-dua ilə yeni həyatına yola salıblar.
Vəfat edən qızlarının yadigarı olan Nəzrini gəlin köçürən nənə və babanın yaşadığı kövrək anlar mərasim iştirakçılarını da duyğulandırıb.
Həmin görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra geniş maraq doğurub. İzləyicilər Nəzrinin nənə və babası tərəfindən gəlin köçürülməsini kövrək anlarla qarşılayıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)